İsa peyğəmbəri şəklini çəkən adam
Digər
16 Sentyabr 2017 13:52

İsa peyğəmbəri şəklini çəkən adam


İtaliyanın Venesiya şəhərində insanların bədənindən cin çıxarması ilə tanınan keşiş Pallegrino Ernetti 1950-ci illərdə yaratdığı, “Chronovisor” adını verdiyi cihazla keçmişi görə bildiyini iddia edirdi.  

Kvant fizikasını dərindən bilən Ernettiyə bu cihazı hazırlamaqda məşhur fizikaçı alimlər Erniko Fermi və Vernher von Braunun kömək edib.


Bir otaq və idarəedici sistemdən ibarət olan cihaz keçmişdəki elektomaqnit radiasiyanı araşdıraraq işləyirdi. Cihazla bağlı deyilən ən böyük iddialardan biri də, rahibin İsa peyğəmbərin zamanına getməsi və onun çarmıxa çəkildiyi anın fotosunu çəkməsi olub. Lakin keşiş olduğu üçün Ernetti zamanında bunu açıqlamaqdan çəkinib.


Bir keşiş dostunun iddiasına görə, Venesiya höküməti Ernettiyə icadı yox etməyi əmr verib. Çünki həmin vaxt bundan istifadə edən şəxslərin dinə qarşı gəldiyi düşünülürdü. Sonradan hökümət icadı ələ keçirərək hər kəsdən gizlədib.


Maraqlıdır, bəlkə də Venesiya bu günə qədər ixtira edilmiş ən dəyərli cihazı indiyə kimi saxlayır...

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR