Odessada matəm elan olundu
Digər
16 Sentyabr 2017 14:37

Odessada matəm elan olundu


 

Ukraynanın Odessa şəhərində uşaq istirahət düşərgəsində baş vermiş faciəvi hadisə ilə əlaqədar matəm elan olunub.

 

APA-nın xəbərinə görə, bu barədə Ukraynanın Odessa vilayətinin qubernatoru Maksim Stepanov özünün “Facebook” səhifəsində yazıb.

 

Qeyd edək ki, sentyabrın 16-a keçən gecə “Viktoriya” istirahət düşərgəsində güclü yanğın baş verib. Yanğın zamanı düşərgədə 150 uşaq olub. Yanğına qısa qapanma səbəb olub. Hadisə nəticəsində 3 uşaq ölüb.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR