Ermənistanda vəkil həbs olunub
Dünya
16 Sentyabr 2017 14:46

Ermənistanda vəkil həbs olunub


16 sentyabr. REPORT.AZ/ Ermənistanda Qayane Qaloyan adlı vəkil həbs edilib.
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin Vəkillər Palatasının mətbuat katibi Tsovinar Xaçatryan bildirib.
İnformasiyaya əsasən, Qaloyan Xüsusi İstintaq Xidmətinin araşdırdığı rüşvətxorluğa dair cinayət işi çərçivəsində həbs olunub.
Xüsusi İstintaq Xidməti isə məsələyə münasibət bildirməkdən imtina edib.
Qeyd edək ki, Ermənistanda vəkillər sentyabrın 13-də etiraz tətili keçiriblər. Onlar məhkəmə zalında kimliklərinin yoxlanılmasına etiraz ediblər. Vəkillər bildirib edib ki, məhkəmə zalında onların əşyalarına keçirilən baxış daha çox axtarışa oxşayır və məhkəmə icraçılarının timsalında məhkəmə sistemi vəkillərə qarşı qanunsuz tələblər irəli sürür.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR