"Mahnı 10 gün onsuz qaldığım zaman yaranıb" - Ceyhun Qala - VİDEO - FOTO
Şou-Biznes
16 Sentyabr 2017 15:04

"Mahnı 10 gün onsuz qaldığım zaman yaranıb" - Ceyhun Qala - VİDEO - FOTO


Milli.Az bildirir ki, ARB Ulduz-un "Şou məkan" verilişinin növbəti qonağı müğənni Ceyhun Qala olub.

Müğənni Ceyhun Qala ilə söhbətimizdə ifaçı "Onsuz" adlı yeni klipindən bəh-bəhlə danışdı. Görülən işlərin yağ kimi getdiyini etiraf etdi. Onu yarı yolda qoyan bəzi həmkarlarından şikayətlənən müğənninin təəssüf dolu eksklüziv açıqlamalarını indi biləcəksiniz.

10 gün onsuz qalıb "Onsuz" adlı klipini ərsəyə gətirən müğənni Ceyhun Qala gör nələr çəkib ki, nəticədə bu cür mahnı və klip ortaya çıxıb.

"Bu mahnı 10 gün onsuz qaldığım zaman yaranıb. 10 gün mən xaricdə olmuşam və bu mahnı ortaya çıxıb. Bu, mənim üçün dəyərli şəxs üçün yazılmışdı. Həmin şəxsin adını orda çəkə bilməzdik, ona görə də, mahnının sözlərini dəyişdik".

Ay Ceyhun, onsuz ölərəm, yaşaya bilmərəm deyirsən, bəlkə, onsuz qala bilmədiyinin kim olduğunu açıqlayasan.

"Onsuz, onsuz yaşanmaz onsuz. Bunu hər anımda anladım və çözdüm. Ona sevgim sonsuz, ölərəm onsuz. Bu, təbii ki, üzr istəyirəm övladımın anasıdır".

Hə, belə görünür ki, müğənninin həyat yoldaşı onun üçün o qədər dəyərlidir ki, Ceyhun bu klipi bəh-bəhlə təqdim etməyə üstünlük verib.

"Mənə hər dəfə deyirlər ki, "Bal dadır" mahnısını, daha sonra bu mahnını niyə çıxartmırsan, nəyə saxlayırsan və ya niyə satmırsan? Dedim ki, bu mahnını yaxşı təqdim edəcəm. Siz gördünüz ki, kliplə təqdim elədim. Kliplə bərabər ərinmədim fotossesiya da etdirdim".

Bundan öncəki "Bal dadır" klipindən dili yanmış Ceyhun yeni klipinin asanlıqla, maneələrə rast gəlmədən, problemsiz başa gəldiyini etiraf etdi.

"Siz inanırsınız, mahnı tez bir zamanda aranjiman olundu, qapılar açıldı. Klipin rejissoru Fərhadla görüşdük, çay içdik, danışdıq, çəkdik, montaj etdik. Hər şey yağ kimi getdi, hər şey çox rahat oldu. Amma siz inanın mənim səmimiyyətimə, Sevda Yəhyayeva da bunun şahidi oldu. "Bal dadır" da biz nə qədər problem yaşadıq. Yağış, çiskin, duman, külək, aranjimanın gecikməsi. Sevda bir gün çəkilişdə olurdu, bir gün olmurdu. Və ya bəzən mən gələ bilmirdim. O qədər daşdan keçdi ki işimiz".

Ceyhun, son zamanlar yaman iri addımlarla irəliləyirsən, yəqin ki ətrafındakıların qıcıq obyektinə çevrilmisən?

"Şou-biznesdə və kənarda mən bilirəm ki, bir çox adama qıcıq yaradıram. Necə ki bəzi insanlar ki var, onlar da məndə qıcıq yaradırlar. Bu, birmənalıdır. Qısqanclıq da var, gözügötürməmək də var. Bu, məni narahat etmir. Əgər orda dayanıb qalsam, yaradıcılığımda addımlaya bilmərəm. İri addımlar ata bilmərəm. Həmişə demişəm, mən öz işimlə məşğulam".

Bəzi həmkarlarından incidiyini, onların adını öz qara dəftərinə qeyd etdiyini söyləyən müğənni problemin nədən ibarət olduğunu bu cür açıqladı.

"Bundan öncəki mahnımda "Sevimli insanım"da sənət dostlarım mənə dəstək oldular. Mən klipimi göndərdim, onlar paylaşdılar. Bir neçə dostum var idi ki, onlar paylaşmadılar. Mən onlardan gözləməzdim. Həmin adamları yazdım dəftərimə. Sonra onların köməkçilərindən, prodüserlərindən niyə paylaşmadıqlarını soruşanda dedilər ki, o insan sifariş kimi xoşlamır, kiminsə sifarişi kimi bunu götürüb paylaşsın. Dedim yaxşı, mən səbrli insanam axı. O sözü də yazdım dəftərimə. Ceyhun "Qala" qrupuyla bərabər solo fəaliyyətinə başlayıb. Əvvəllər qrupun solisti idi. İndi qrupun rəhbəri, bir solist kimi fəaliyyət göstərir. Bu da yəqin onlarda qıcıq yaradır".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:





loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR