Venesuela neftin qiymətini Çin yuanı ilə hesablamağa başlayıb
İqtisadiyyat
16 Sentyabr 2017 15:16

Venesuela neftin qiymətini Çin yuanı ilə hesablamağa başlayıb


Bakı. 16 sentyabr. REPORT.AZ/ Venesuela prezidenti Nikolas Maduro bəyan edib ki, ölkəsi artıq neftin qiymətini ABŞ dolları ilə deyil, Çin yuanı ilə hesabalyır. 
“Report” bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.
Dövlət başçısının sözlərinə görə, bu addımın atılmasına səbəb ABŞ-ın ötən aydan başlayaraq ölkəsinə qarşı tətbiq etdiyi yeni sanksiyalardır. Başqa sözlə, bununla rəsmi Karakas ABŞ-a etirazını bildirir. 
"Onlar böyük ziyan vurub. Biz qorunmağa məcburuq", - deyə N.Maduro qeyd edib. Xatırladaq ki, bir qədər əvvəl Venesuela prezidenti ölkəni "boğan" dollara alternativ valyuta yaratmaq niyyyətini bildirmişdi. 

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR