Azərbaycana payız fəslinin daxil olacağı vaxt açıqlandı
Ölkə
16 Sentyabr 2017 15:52

Azərbaycana payız fəslinin daxil olacağı vaxt açıqlandı


Gələn həftəsonu Azərbaycana payız fəsli daxil olacaq.

Metbuat.az bildirir ki, AMEA Şamaxı Astrofizika Rəsədxanasının elmi katibi Orxan Xəlilov bildirib ki, payız fəslinin Azərbaycana gəlişi sentyabrın 23-ü Bakı vaxtı ilə saat 00:02-də olacaq: “Həmin gün gecə və gündüz bərabərliyi baş verəcək. Sentyabrın 23-dən başlayaraq gecələr uzanacaq, gündüzlər isə qısalacaq. Gecə və gündüz bərabərləşəcək. Buna payız bərabərliyi deyirlər. Günəş şimal yarımkürəsindən cənub yarımkürəsinə keçir. Bu tarixdən sonra cənub yarımkürəsində yay mövsümü başlayır”. 

Rəsədxana rəsmisinin sözlərinə görə, gecələrin uzanması dekabrın 21-nə kimi davam edəcək və həmin gün ən uzun gecə olacaq.  

O əlavə edib ki, ölkəyə qış fəsli isə dekabrın 21-i Bakı vaxtı ilə saat 20.28-də gələcək. // Report

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR