Nadir Qafarzadə: "Qadının pulunun bərəkəti olmur"
Digər
16 Sentyabr 2017 16:05

Nadir Qafarzadə: "Qadının pulunun bərəkəti olmur"


 

"24 ildir ailə qurmuşam. Həmin gündən evi özüm dolandırıram. Həyat yoldaşımın təhsili var, amma çalışmasını istəməmişəm".

 

Lent.az-ın axşam.az-a istinadən məlumatına görə, bu sözləri müğənni Nadir Qafarzadə "Səhər-səhər" verilişində qonaq olarkən deyib.

 

Sənətçi bildirib ki, qadının qazancı bərəkətsiz olur:

 

"Uşaqlar dünyaya gələndən sonra onlarla anası məşğul olmalıdır. Ata isə səhər papağını qoyub başına gedib pul gətirməlidir. Ata-babadan belə görmüşük. Qadının evə gətirdiyi pulun bərəkəti olmur. Həm də qadın kişidən çox qazansa, "hegemon" olacaq, dili uzanacaq. Kişinin evə gətirdiyi pulun bərəkəti olur.

 

Ən pis günümdə belə həyat yoldaşımın işləməsini istəmədim. İki oğlumun tərbiyəsi ilə məşğul olub. Sağ olsun ki, belə övlad böyüdüb.

 

Bir də arvad nə qədər qazansa da, müğənni qədər gəliri olmaz. Hər zaman yaxşı müğənni seçilib, xalq onu dolandırıb".

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR