Kənd Təsərrüfatı Nazirliyində müşavirə keçirilib
İqtisadiyyat
16 Sentyabr 2017 16:36

Kənd Təsərrüfatı Nazirliyində müşavirə keçirilib


Bakı. 16 sentyabr. REPORT.AZ/ Bu gün Kənd Təsərrüfatı Nazirliyində (KTN) “2017-ci ildə pambıq istehsalı, tədarükü və emalı ilə bağlı görülmüş işlər və qarşıda duran vəzifələr”ə həsr olunmuş müşavirə keçirilib.
Nazirlikdən “Report”a verilən məlumata görə, müşavirədə qurumun məsul işçiləri, pambıqçılıq rayonlarının kənd təsərrüfatı idarələrinin rəisləri, həmçinin pambıq tədarükü məntəqələrinin rəhbərləri iştirak edib.
Pambıq tədarükü məntəqələrində mövcud vəziyyət, qəbul olunmuş pambıq məhsulunun vəsaitinin pambıq istehsalçılarına vaxtında verilməsi, pambıq zavodları və məntəqələrininkadr təminatı, pambıq qəbulu zamanı uçot hesabat sənədlərinin tərtibatı qaydalarının öyrənilməsi barədə KTN-nin məsul işçilərinin, pambıq rayonlarına təhkim olunmuş mütəxəssislərin və hər bir rayon kənd təsərrüfatı idarələrinin rəislərinin məlumatı dinlənilib.
Müşavirədə nazir Heydər Əsədov pambıq yığımı kampaniyasının mütəşəkkil qaydada təşkili, texniki təminatının yaxşılaşdırılması, pambıq tayalarının standartlara uyğun təşkili, defoliantların vurulma vaxtı və tətbiqinin texniki qaydalara uyğun olaraq düzgün aparılması, toxumçuluğun təşkili, pambıqçılıqda yeni texnologiyaların tətbiqi barədə nazirliyin məsul işçilərinə, hər bir pambıqçılıq rayon kənd təsərrüfatı idarələrinin və pambıq tədarükü məntərələrinin rəhbərlərinə tapşırıq və tövsiyələrini verib.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR