Dövlət Fitosanitar Nəzarəti Xidməti tender keçirir
İqtisadiyyat
16 Sentyabr 2017 17:26

Dövlət Fitosanitar Nəzarəti Xidməti tender keçirir


Bakı. 16 sentyabr. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti (DFNX) laboratoriya avadanlıqlarının və cihazlarının satın alınması (lot-1), eləcə də çiləyici aqreqatlar, xüsusi təyinatlı nəqliyyat vasitələrinin və traktorların ehtiyat hissələrinin satın alınması (lot-2) məqsədi ilə açıq tender elan edib.
“Report” xəbər verir ki, tenderdə iştirak haqqı 1-ci lot üzrə 500 manat, 2-ci lot üzrə isə 250 manatdır.
İddiaçılar ilkin sənədləri oktyabrın 6-na qədər, tender təklifi və onun dəyərinin 2%-i qədər bank təminatını isə oktyabrın 18-nə qədər DFNX-nin Bakı şəhəri, Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsi, 7a ünvanındakı inzibati binasına təqdim etməlidirlər. Əlaqələndirici şəxs Vaqif Hüseynovdir (tel: (012) 562 85 13, daxili 120).
Təkliflərə oktyabrın 19-da, saat 10:00-da qeyd olunan ünvanda baxılacaq. İddiaçıların səlahiyyətli nümayəndələri tender prosedurunda iştirak edə bilərlər. 

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR