Türkiyədə İŞİD üzvü olan 73 nəfər xarici vətəndaş saxlanılıb
Dünya
16 Sentyabr 2017 17:36

Türkiyədə İŞİD üzvü olan 73 nəfər xarici vətəndaş saxlanılıb


Bakı. 16 sentyabr. REPORT.AZ/ İstanbulun 8 rayonunda terrorçu İŞİD qruplaşmasına qarşı keçirilən anti-terror əməliyyatı nəticəsində 74 nəfər tutulub.
“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, onların 73-ü xarici ölkə vətəndaşıdır.
Əməliyyat əvvəldən müəyyən edilən 15 ünvanda keçirilib.
Məlumata görə, xarici ölkə vətəndaşları Türkiyədən deprotasiya ediləcəklər. Türkiyə vətəndaşı olan bir şübhəlinin istintaqı isə davam edir. 

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR