Bu gün Madriddə 68 min nəfərlik stadionun açılışı olacaq
İdman
16 Sentyabr 2017 18:54

Bu gün Madriddə 68 min nəfərlik stadionun açılışı olacaq


Bu gün 2018/2019 mövsümündə Çempionlar Liqasının (ÇL) final matçının keçirilməsi uğrunda mübarizədə Bakı Olimpiya Stadionunun yeganə rəqibi olan İspaniyanın paytaxtı Madriddəki "Estadio Metropolitano"nun açılışı olacaq.

Milli.Az report.az-a istinadən bildirir ki, ÇL-də "Qarabağ"la eyni qrupda yer alan "Atletiko"nun rəqiblərini qəbul edəcəyi stadionda ilk görüş "Malaqa"ya qarşı reallaşacaq. 

İspaniya La Liqasının IV turu çərçivəsində keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

Madriddəki 68 min nəfərlik arenada ilk ÇL matçı sentyabrın 27-də "Atletiko" ilə "Çelsi" arasında olacaq. Daha sonra həmin stadionda "Qarabağ" oynayacaq. Bu, oktyabrın 31-nə təsadüf edəcək.

Qeyd edək ki, 2018/2019 mövsümündə ÇL-in final matçının keçirilməsi ilə bağlı yekun qərar sentyabrın 21-də açıqlanacaq. 

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR