Azərbaycanlı dizayner  İstanbulda moda həftəsində - FOTO
Şou-Biznes
16 Sentyabr 2017 19:14

Azərbaycanlı dizayner İstanbulda moda həftəsində - FOTO


İstanbulda keçirilən "Mercedes-Benz Fashion Week" dəb həftəsi çərçivəsində azərbaycanlı modelyer Rüfət İsmayılın "Naz by Rufat Ismayil" moda evinin geyim kolleksiyası nümayiş edilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, "Fusion" adlı kolleksiyada 2018-ci ilin yaz-yay mövsümünün geyimləri nümayiş etdirilib. "Naz by Rufat Ismayil" moda evinin qadın geyimləri kolleksiyası 1800-cü illərin obrazlarından ilhamlansa da, buraya müasir çalarlar əlavə edilib.

Moda nümayişində Türkiyənin tanınmış modelləri - Çağla Şikel, Özge Ulusoy, Şebnem Şefferlə yanaşı, qardaş ölkədə yaşayan və fəaliyyət göstərən azərbaycanlı model Günay Musayeva da iştirak edib.

"Naz by Rufat Ismayil" moda evinin kişi geyimləri kolleksiyasını isə kikboks üzrə dünya çempionu Avatar Atakan təqdim edib.

"Naz" moda evi azərbaycanlı dizayner Fəridə Məmmədova tərəfindən təqdim olunub. Onun əsas məqsədi azərbaycanlı dizaynerlərin işini dünyaya tanıtmaq və yüksək moda sahəsinə töhfələr verməkdir.

Qeyd edək ki, "Mercedes-Benz Fashion Week" hər il müxtəlif ölkələrdə keçirilir. Dəb həftəsi Rusiya, Almaniya, ABŞ, Türkiyə, Avstraliya və digər ölkələrdə təşkil olunub.

Milli.Az







loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR