Şəkidə CİNAYƏT: Maşının qarşısını kəsdi, sürücunü bıçaqladı
Ölkə
16 Sentyabr 2017 19:48

Şəkidə CİNAYƏT: Maşının qarşısını kəsdi, sürücunü bıçaqladı


Şəkidə bıçaqlanma hadisəsi qeydə alınıb.

Publika.az xəbər verir ki, 1981-ci il təvəllüdlü şəhər sakini Etibar Rəhim oğlu Abdurəhmanov "90-MC-583" dövlət qeydiyyat nişanlı "Opel" markalı avtomobil ilə hərəkətdə olarkən, anidən qarşısını naməlum şəxs kəsərək onu bıçaqlayıb.

Yaralanan sürücü idarəetməni itirib və avtomobili maneəyə çırpıb. Hadisəni törədən şəxs ərazidən uzaqlaşıb.

Yaralı sürücü "təcili yardım" maşını ilə dərhal Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, ona sağ qolun üçdə birinin kəsilmiş yarası diaqnozu qoyulub.

Hazırda polis hadisəni törədən şəxsin axtarışlarını davam etdirir. (report)

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR