Bakıda avtobus sürücüsü azyaşlıdan gediş haqqı tələb etdi - VİDEO
Ölkə
16 Sentyabr 2017 21:14

Bakıda avtobus sürücüsü azyaşlıdan gediş haqqı tələb etdi - VİDEO


Bakıda avtobus sürücüsü sərnişinlə gediş haqqı üstündə mübahisə edib.
Xezerxeber.az məlumat verir ki, görüntülər Bakıda, 2 saylı ''Baku-Bus'' avtobusunda sərnişinlərdən biri tərəfindən çəkilib.
Kadrlardan belə aydın olur ki, qadın öz gediş haqqını verib. Amma yanındakı uşağın ödənişini etməyib. O, sürücüyə izah etmək istəyir ki, azyaşlıların ictimai nəqliyyatdan istifadəsi pulsuzdur. Sürücü isə israr edir ki, uşağın gediş haqqı ödənilməlidir.
Hadisə şahidinin sözlərinə görə, sürücü avtobusu idarə etməyib ki, qadın ödəniş etsin. 5-6 dəqiqəlik mübahisədən sonra qadın uşağın ödənişini edib. Bundan sonra sürücü hərəkətə davam edib.
Məsələ avtobusda neçə yaşına qədər uşaqların pulsuz gedişi məsələsini aktuallaşdırır.
Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyir ki, hələ 2009-cu ildə Nazirlər Kobinetinin 141 saylı qərarında da var ki, 5 yaşına qədər uşaqlarda gediş haqqı pulsuz olmalıdır.
Bu görüntülərdəki problemli məqam isə sürücünün avtobusu saxlayıb, qadın sərnişinlə mübahisə etməsidir. Çünki o, bu hərəkəti ilə digər sərnişinləri gedəcəkləri ünvana ləngidir.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə görə, sərnişin avtobusunda ödəniş etmədən getməyə görə 5 manat cərimə edilə bilər.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR