İşığı əks etdirməyən nəhəng planet aşkarlandı - FOTO
Maraqlı
16 Sentyabr 2017 21:44

İşığı əks etdirməyən nəhəng planet aşkarlandı - FOTO


Kanadadakı Makgil Universitetinin alimləri Günəş sisteminin xaricində işığı əks etdirməyən səthə malik "qara" planet aşkarladıqlarını açıqlayıblar.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Teylor Bellin rəhbərlik etdiyi astronomlar qrupu həmin planetə "WASP-12b" adını veriblər.

T.Bellin sözlərinə görə, "WASP-12b" Günəş sisteminin ən böyük planeti olan Yupiterdən iki dəfə böyükdür. Ətrafında fırlandığı ulduza çox yaxın olduğu üçün bu planetin birillik dövriyyəsi dünyanın birgünlük hərəkətinə bərabərdir. "Qara" planetin səthinin 2600 dərəcəyədək isindiyi, tərkibindəki maddələrin isə işığı udduğu ehtimal edilir. Bununla yanaşı, planetin əks etdirdiyi işığın miqdarını ölçən tədqiqatçılar "WASP-12-b"dən yayılan işığın son dərəcə zəif olduğunu bildirilər.

Milli.Az





loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR