Slovakiyada təyyarə qəzaya uğradı: 1 ölü
Dünya
16 Sentyabr 2017 22:08

Slovakiyada təyyarə qəzaya uğradı: 1 ölü


Şənbə günü Slovakiyanın Pryevidza şəhərindəki aerodromda "Zlín Z-37 Čmelák" tipli birmühərrikli təyyarə nümunəvi çıxışlar zamanı qəzaya uğrayıb. Nəticədə bir nəfər ölüb, iki nəfər ağır xəsarət alıb.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə respublikanın "təcili yardım" xidmətinin nümayəndəsi Yozef Minar məlumat verib.

Hadisə yerli aerodromda açıq qapı günü çərçivəsində nümunəvi aviauçuşlar zamanı tamaşaçıların gözü qarşısında baş verib.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR