Ev heyvanları və uşaq sağlamlığı problemləri
Ölkə
16 Sentyabr 2017 22:24

Ev heyvanları və uşaq sağlamlığı problemləri


Uşaqlar  heyvanlara çox bağlıdırlar. Özlərindən kiçik canlılara, varlıqlara və xüsusilə də heyvanlara  isti bir şəfqət və maraq göstərirlər. Maraqlı olan bir də budur ki, heyvanlar özləri də maraqlı bir şəkildə uşaqlara qarşı son dərəcə  mülayimdirlər  və canları yansa belə, uşaqları incitməzlər.

Milli.Az anaveusaq.az-a istinadən bildirir ki, əgər evdə təmizlik qaydaları  ən üstün şəkildə  gğzlənilirsə və xüsusən uşağın başqa bir qardaşı yoxdursa, evdə heyvan bəslənilməsi mümkündür. Əvvəlcə uşağın tənhalığını aradan qaldıracaq:  uşaq onunla oynayacaq və vaxt keçirəcək. Bunun yanında bir heyvanın məsuliyyətini daşımaq, baxımı və təmizliyi ilə məşğul olmaq, başqa bir canlının nə hiss etdiyi məşğul olmaq uşaqda impatiya  hissinin (İmpátiya - özünü başqa insanın və ya canlının yerində hiss etmə bacarığı, başqasının dərdinə şərik olma hissi. Empatiya, eyni zamanda başqa insanın emosional halını onun mimikasından və hərəkətlərindən duyma qabiliyyətini ehtiva edir. Həmçinin, insanı görmədən onun emosional halını tam dəqiq hiss etmək qabiliyyətini nəzərdə tutur. Empatiyanın əksi aleksitmiyadır) inkişafını təmin etmək kimi çox əhəmiyyətli başqa bəzi təsirlər də gətirəcəkdir. Bütün bunlar bizim onsuz da uşaqlarda görmək istədiyimiz davranış formaları olduğundan evdə heyvan salamağın  və  bu məsuliyyəti uşağa verməyin son dərəcə müsbət töhfələri olacağı şəksizdir.

Əhliləşdirilmiş heyvanlarla birlikdə böyüyən uşaqlarda davranış baxımından fərqlilik ola bilərmi?

İlk baxışda diqqəti çəkən ayırıcı fərqlər yoxdur, ancaq heyvan saxlayan bir uşaqla evdə heyvan bəsləməmiş uşaq arasında mehriban münasibətlər baxımından fərqlər var. Heyvan sevgisi dadmış bir uşaq ətraf mühitə daha bağlıdır. Tərpənən, hərəkət edən hər şeyə qarşı daha həssas davranır. Xüsusilə kiçik yaşlardan etibarən başqa bir canlıya  həyatında qayğı göstərmiş, sevgi bəsləmiş uşaqlar, daha mülayim və şəfqətli davranırlar. Xüsusilə heyvanla ünsiyyət qurmağı öyrənmiş uşaqlar digər canlılara qarşı da çox diqqətli davranış nümayiş etdirirlər və bir çox insanın diqqət etmədiyi  məqamlara  heç vaxt diqqətsiz ola bilmirlər. Evlərində heyvan saxlayan uşaqlar  davranışca daha sakit, uyğun, müsbət və əməkdaşlığa açıq davranışlar nümayiş etdirdiyi müşahidə olunur.

 Evdə bəslənən heyvanların uşaqların psixoloji inkişaf töhfələri nələr ola bilər?

Əlbəttə, bir heyvan bəsləmək uşaqların psixologiyasında son dərəcə müsbət təsirlər edər. Əvvəlcə,  uşağın haqqını təmin edir və bir başqa canlının əlaqə qurmağı öyrədir. Ən geniş mənasında uşaq impatiya qurmaq duyğusunu bir heyvana qayğı göstərməklə asanlıqla qazana bilər. Uşaq görür ki, əgər heyvanın canını yandırsa,  heyvan da onun canını yandıra. Pişiyi varsa,  cırmaqlaya bilər, köpək dişlərini göstərə və onu qorxudar, bir quş dimdikləyərək reaksiyasını   göstərə bilər. İnsanlar arasında vaxt alacaq bir çox duyğunu münasibətlərin öyrədilməsi , sadəcə, evdə heyvan saxlamaqla    uşağa qazandırmaq mümkündür. Uşaq bu yolla başqa bir varlığa, onun ehtiyaclarına hörmət göstərməyi də öyrənir. Dolayısıyla,  bir uşaq üçün səbrli olmağı, gözləməyi, istəklərini təxirə salmağı bacara bilmək, qəbul etmək  bacarıqlarını aşılamaqda pedaqoqlar    ən sağlam yol olaraq heyvan saxlamağı təklif edirlər. Bu, eyni zamanda uşağın sakitləşməsini və hadisələrə qarşı daha mülayim və müsbət reaksiya verməsini də təmin edəcəkdir.

Uşaqlar  heyvanları gəzdirmək və onları qidalandırmaq  kimi işləri  edə bilərmi?

Uşaqlar, adətən,  bizə biyar kimi gələn bir çox işi sevə-sevə edə bilərlər. Məsələn, süfrəyə qabları qoymaq, salfetləri gətirmək, ya da bəzi əşyaları yerlərinə qoymaq kimi bəzi işləri böyük bir istək və həvəslə edirlər. Bir mənada işə yaradığını düşünürlər və buna görə də müdhiş bir həzz alırlar. Uşaqlar bu baxımdan xüsusilə dəstəklənməlidir. Hələ bir də sevərək, istəyərək, mənimsəyərək alınan bir heyvan varsa, uşaq  o canlının qayğı və ehtiyaclarını da böyük bir həvəslə yerinə yetirməyi qəbul edəcəkdir. Hətta,  bu işlər evdə,  əsasən,  uşağa verilməlidir. Uşağın bu şəkildə məsuliyyətli bir işi  götürməsi onda emosionallığı  daha  da təmin edir. Sevə-sevə aldığı bir canlının ehtiyaclarını yerinə yetirdikdə , bunun ona  vəzifə olaraq  tapşırıldığını bildikdə , bu  dərk, istər-istəməz,  onun   heyvana hər hansı laqeyd yanaşma halının da qabağına keçilir. Uşaq başqa bir canlıya qarşı məsuliyyətli olmağın verdiyi hissiyyatla özünün əhəmiyyətli olduğunu düşünür, özünə olan hörməti və özünə inamı ciddi olaraq artır.

Bu  etimd verilmədiyi təqdirdə, bir müddət sonra uşaq: "Mən artıq bunu istəmirəm, bezmişəm"  deyə bilər və onun əvəzinə başqa bir heyvan olunmasını istəyər. Təəssüf ki, bəzi ailələrdə belə olur ki,   evə heyvan alınır və heyvanın ehtiyacları evdəki digər fərdlər tərəfindən  yerinə yetirilməyə  başlanır. Amma bir müddət sonra  heyvan artıq evdə ya arzu olunmaz canlıya çevrilir, ya da uşaq heyvanın təminatıyla bağlı heç bir məsuliyyət götürmür.

Məlum olduğu kimi, sevgi əməkdir və əmək sərf etdiyimiz şeyləri sevirik. Bu uşaqlar üçün də belədir. Dolayısıyla, bir heyvanın məsuliyyətlərini alan bir uşaq öz həyatı ilə bağlı məsələlərdə məsuliyyət almağın addımları atır. Bu mənada bu tip vəzifələri mütləq uşağın etməsi təmin olunmalıdır.

Ev heyvanlarının uşaqlar üçün nə kimi faydaları ola bilər?

Heyvan sevgisi digər bir çox sevgilərdən fərqlidir. Qarşılıqsız sevməyi, verməyi və bölüşməyi öyrətdiyi bilinər. Xüsusilə uşaq olmayan ailələrdə  bu baxımdan heyvan bəsləmək bir çox mənfi cəhətləri aradan qaldırır:  belə ailələr  sahib olduqları heyvana , az qala, xəyallarındakı  övladları qədər sevgi göstərirlər. Məsələn,   yeganə uşaq  olan ailələrdə  bir uşağın  digər  bir ailənin qardaşı ilə böyüyən uşaqlara nisbətən bölüşməyə daha gec öyrəndiyi diqqət çəkir. Tək uşaq olmağın üstün tərəfləri ilə yanaşı,  mənfi cəhətləri də vardır. Bu baxımdan qardaşı olmayan bir uşağın xüsusilə qardaş istədiyi dövrlər var ki,  həmin ailələr bu dövrləri mütləq yaşamışlar. Məhz bu növ dövrlərdə uşağın bir heyvanla  mehribanlığı  uşaqdakı qardaş istəyini  bir müddət kiridəcək və diqqətini artıq özünün məsul olduğu canlıya yönəltməsini təmin edəcəkdir. Onu tanımağa çalışacaq, istəklərini anlamaq üçün səy göstərəcək və ehtiyaclarını aradan qaldırmaq üçün məşğul olacaqdır. Burada maraqlı bir başqa vəziyyət müşahidə edilir, tək uşaqlar heyvan bəsləməyə başlayanda başqa uşaqlarla, ya da insanlarla daha asan əlaqə qururlar.

Evdə heyvan bəsləmək tək uşaqlarda   impatiya hissi, özünü kollektivdə  görmə və toplumsallaşma kimi bir çox duyğunun və anlayışın inkişafında ciddi olaraq faydalıdır.

 Ev heyvanlarının  əlil uşaqlar üzərindəki faydaları nələrdir?

Əlil uşaq məlum olduğu kimi maneələri olan uşaq deməkdir.  Bu və ya digər qüsuru  mane olur ki,  zehni  və fiziki  qabiliyyətlərinin  ikisi də birdən ola.  Amma əlil  uşaq da digər hər bir uşaq kimi, xüsusilə ictimai bir fərd olaraq maraq və sevgi görmə ehtiyacı içindədir. Hətta,  bəzi cəhətlərdən digərlərindən daha çox bu duyğulara ehtiyac duyurlar. Aparılan tədqiqatların nəticələrinə görə,  hər növ maneəyə malik uşaqlar da və xüsusilə zehni əlil uşaqlar da heyvan saxlamağa ciddi yarayırlar. Bu zaman həm də toxunaraq sevəcəyi heyvanlarla bərabər olmaq uşaq üçün tam bir terapiya olur və bu uşaqlarda özünü nəzarət, impatiya, münasibət qurmaq, özünü ifadə etmək kimi duyğularda çox əhəmiyyətli irəliləyişlər qeyd edilir. Heyvanlar  özləri sehrli bir şəkildə  belə uşaqlarla çox asan əlaqə qururlar. Onlar da sanki  məhəbbət axtarırlar.  Çünki uşaqlar  heç vaxt  mühakimə etməzlər, tənqid etməzlər və bəzi davranışları zorla dəyişdirməyə çalışmırlar.

 Uşaqların heyvanlardan zərər görməsini qarşısını almaq  üçün necə davranmalıdır?

Heyvanlar evdəki insanlara, xüsusilə uşaqlara qısqanırlar. Pişik it kimi heyvanlar aqressiv olmağa  bir az da meylli olurlar. Kiçik yaşlarda uşaqlarla heyvanların əlaqəsini diqqətlə müşahidə etmək lazımdır. Çünki heyvanlar da haqq istəyirlər və qayğının başqa birinə yönəldiyini dərk etsələr, ona qarşı əsəbiləşə və aqressiv davranırlar. Əgər uşaq da heyvana qarşı sərt davransa, uşağın heyvan tərəfindən oxşar rəftara  məruz qalmaq  təhlükəsi var. Odur ki, heyvanın uşağa uyğunlaşması prosesində evdəki insanların paltarları hiss etdirməli və ailədəki yetkin müşahidələri altında birlikdə olmasına çalışılmalıdır. Evdə sxlanılan heyvanın  uşaq doğana qədər yataq otağına soxulmasına ən azından yol verilməməlidir. Uşaqlar iki yaşına gələnə kimi, evə pişik və ya it  gətirilməməli, daha əvvəldən heyvan varsa da mütləq nəzarət altında olması təmin edilməlidir . Bunun üçün  ailə üzvlərinin  bu mövzuda  müəyyən məlumtlara  malik olması  lazımdır.

Ev heyvanın xəstəliyi və ya ölümü qarşısında uşaqla necə ünsiyyət qurulmalıdır?

Evdə heyvan saxlayarkən heyvan başlı-başına buraxılmamalı,  bu işdə  ailədiki uşağın da  iştirak etməsi   çox əhəmiyyətlidir. Hər şeydən əvvəl ev üçün  heyvan seçiminin diqqətli aparılması, qorxulu  heyvanlardan qaçılması, insanlara təhlükə törətməyən  heyvanlar seçilməlidir.  

Məsələnin yoluxucu xəstəliklər ilə insan sağlamlığını  təhlükəyə məruz qoyma riski olduğu kimi, heyvanın özünə yaxşı xidmət  etmək, lazımi diqqəti göstərmə kimi haqlarını məhdudlşdıran tərəfi də var. Əgər evdə it və pişik kimi heyvan saxlanırsa,  mütləq baytarlıq nəzarətində olmalı, mütəmadi peyvənd və müayinələr edilməlidir.  Bütün səhiyyə komissiyalarına tabe olub, heyvanın nizamlı baytarlıq nəzarətində olması şərti ilə və heyvan haqlarına riayət edilərək evdə heyvan bəslənə  bilər.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR