Şəmkir-Gədəbəy yolunda avtomobil aşıb: 5 yaralı
Ölkə
16 Sentyabr 2017 22:24

Şəmkir-Gədəbəy yolunda avtomobil aşıb: 5 yaralı


Şəmkirdə xəsarətlə nəticələnən yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Şəmkir-Gədəbəy avtomobil yolunun Qasımalılar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan "Nissan Tide" markalı avtomobilin idarəetmədən çıxaraq yolun kənarında olan dərəyə aşması nəticəsində 5 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Qəza nəticəsində xəsarət alanların şəxsiyyəti bəlli olub. Onlar Aytən Məmmədova, Əhəd Qurbanov, Məhluqə Axundova, Günel Hüseynovadır. Daha bir nəfərin yüngül xəsarət aldığı bildirilir. Yaralılardan bir nəfərin vəziyyəti  ağırdır.  
 
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR