Neftçalada avtomobil motosikletlə toqquşub, iki nəfər yaralanıb
Ölkə
16 Sentyabr 2017 22:26

Neftçalada avtomobil motosikletlə toqquşub, iki nəfər yaralanıb


Neftçala. 16 sentyabr. REPORT.AZ/ Neftçalada 2 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.
“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında Salyan-Neftçala avtomobil yolunun rayonun Ballıcalı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “Jiquli” markalı avtomobilin motosikletlə toqquşması nəticəsində rayonun Ballıcalı kənd sakinləri, 20 yaşlı Ayaz Bulud oğlu Məmmədli və 22 yaşlı Rəfael Ramiz oğlu Hüseynov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Neftçala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlkin tibbi yardım göstərildikdən sonra hər iki yaralı Cərrahiyyə şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR