Bu virus 10 saniyəyə telefonunuzu dağıda bilər
Texnologiya
17 Sentyabr 2017 0:04

Bu virus 10 saniyəyə telefonunuzu dağıda bilər


Armis Labs firmasının mütəxəssisləri qurğunu Bluetooth vasitəsilə 10 saniyəyə dağıtmağa qadir olan virus aşkarlayıblar.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Blueborne adlandırılan virus kompüterlər və mobil qurğulara nəzarət etmək imkanı yaradır. Bu zaman yoluxdurma üçün Bluetooth-u işə salmaq kifayətdir. Sındırılma prosedurunun özü isə cəmi 10 saniyə vaxt aparır.

Armis Labs ekspertləri vurğulayıblar ki, BlueBorne, həmçinin kibercasusluq, məlumatların oğurlanması, pul qoparmaq niyyəti güdən proqramların tətbiqi məqsədləri ilə istifadə oluna bilər. Aşkar edilmiş zəif nöqtələr Android, Linux, Windows və iOS-un onuncu versiyalarınadək bütün qurğularda mövcuddur. Bluetooth-u olan bütün belə qurğuların sayı dünyada 8,2 milyarda çatır

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR