NATO rəsmisi: “Aİ Türkiyəni uzaqlaşdırmamalıdır”
Digər
17 Sentyabr 2017 6:57

NATO rəsmisi: “Aİ Türkiyəni uzaqlaşdırmamalıdır”


Avropa İttifaqı Türkiyənin üzvlüyü məsələsinə ehtiyatla yanaşmalıdır və bu ölkənin heç vaxt Aİ üzvü olmayacağı kimi bəyanatlar verməməlidir. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu NATO baş katibinin diplomatiya üzrə köməkçisi Taçan İldem bildirib.   

 

“Bir vaxtı qəbul etmək çox vacibdir: əgər hər hansı ölkə Avroatlantik və Avropa qurumlarına üzv olmağa can atırsa, perspektivi və mümkün zaman çərçivələrini saxlamaq vacibdir ”, deyə T.İldem bildirib.    

 

Onun sözlərinə görə, “Türkiyənin üzvlüyü ilə əlaqədar danışıqlardakı hazırkı vəziyyət ölkədə narazılıq və məyusluğu xeyli artırıb”.    

 

“Türkiyə Aİ-yə üzv olmaq niyyətini hələ 1963-cü ildə bəyan edib və o vaxtdan da blokun kandarında qalmaqdadır. Belə hallarda üzvlük məsələsinə ehtiyatla yanaşmaq, düşünürəm ki, daha müdrik addım olardı. Həmin ölkələrin əhalisi arasında bu bloklara heç vaxt  üzv olmayacağına dair əminlik yaratmaq  olmaz”, - deyə T.İldem qeyd edib.      

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR