Pavel Paşayevin komandası Ukrayna çempionatında ilk qələbəsini qazanıb
İdman
17 Sentyabr 2017 9:56

Pavel Paşayevin komandası Ukrayna çempionatında ilk qələbəsini qazanıb


Bakı. 17 sentyabr. REPORT.AZ/ Futbol üzrə Ukrayna Premyer Liqasında IX turun oyunların keçirilib.
"Report" xəbər verir ki, tur Azərbaycan yığmasının futbolçusu Pavel Paşayevin heyətində yer aldığı "Aleksandriya" klubunun çempionatda ilk qələbəsini qazanması ilə əlamətdar olub.
"Aleksandriya" doğma meydanda "Stal"ı qəbul edib. Görüş ev sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb. Oyunda hesab 1:1 olarkən (28-ci dəqiqə) Pavel Paşayev əvəzlənib.
Bu qələbə sayəsində Pavel Paşayevin komandası turnir cədvəlində 7 xal ilə 9-cu pilləyə yüksəlib.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR