"Gəncə Marafonu-2017" start götürüb
İdman
17 Sentyabr 2017 10:11

"Gəncə Marafonu-2017" start götürüb


Gəncə. 17 sentyabr. REPORT.AZ/ Heydər Əliyev Fondunun təşəbüsü ilə keçirilən "Gəncə Marafonu-2017" marafonuna start verilib.
"Report"un Qərb bürosunun məlumatına görə, marafonda müxtəlif yaşlarda olan ümumilikdə 11 min iştirakçı var.
“İradənlə tarix yaz” və “Marafonda bizimlə ol” şüarları altında keçirilən marafonda Türkiyə, Rusiya, İran, Gürcüstan, Qazaxstan, Ukrayna, İngiltərə, İspaniya və İtaliya vətəndaşları da iştirak edir.
Marafon iştirakçıları qalib gəlmək üçün 17 kilometrlik masafəni qət etməlidirlər.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR