Futbolçunu meydançada güllələyib öldürdülər - ÇERNAQORİYADA
Digər
17 Sentyabr 2017 10:52

Futbolçunu meydançada güllələyib öldürdülər - ÇERNAQORİYADA


Çernoqoriyanın futbol çempionatında çıxış edən komandanın qapıçısı güllələnib. Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, dünən yerlə vaxtla saat 19:30-da "Vokel" futbol klubunun qapıçısı Qoran Lenats naməlum şəxs tərəfindən güllələnərək öldürülüb.

 

Bildirilir ki, qatil əvvəlcə havaya atəş açıb və ətrafındakı insanların qaçmasına şərait yaradıb. O, daha sonra meydançaya daxil olaraq qapıçıya atəş açıb. 33 yaşlı futbolçu xəstəxanada keçinib. Qatil isə qaçıb.

 

Hazırda onun tutulması üçün axtarış tədbirləri həyata keçirilir. 

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR