Cənubi Koreya və ABŞ KXDR-ə qarşı sanksiyaları daha da gücləndirəcək
Dünya
17 Sentyabr 2017 11:11

Cənubi Koreya və ABŞ KXDR-ə qarşı sanksiyaları daha da gücləndirəcək


Bakı. 17 sentyabr. REPORT.AZ/ Cənubi Koreya və ABŞ prezidentləri Mun Çje İna və Donald Tramp arasında telefon danışığı olub.
"Report" xəbər verir ki, tərəflər söhbət zamanı Şimali Koreyaya qarşı sanksiyaların gücləndirilməsi barədə razılığa gəliblər.
Onlar bu qərarı KXDR-in raket və nüvə sınaqlarını davam etdirməsi ilə əlaqədar qəbul ediblər.
Liderlər həmçinin əməkdaşlığı möhkəmləndirmək və Pxenyana qarşı daha güclü və sərt sanksiyalar tətbiq etməyi razılaşdırıblar.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR