"Qarabağ" "Kəpəz"i qəbul edir, "Qəbələ" "Səbail" səfərində
İdman
17 Sentyabr 2017 11:14

"Qarabağ" "Kəpəz"i qəbul edir, "Qəbələ" "Səbail" səfərində


Bu gün Azərbaycan Premyer Liqasında V tura yekun vurulacaq. 

Milli.Az-ın apasport.az-a istinadən məlumatına görə, iki gün davam edəcək tura Bakıda yekun vurulacaq. Ümumiyyətlə, turun bütün matçları paytaxtda baş tutacaq.

"Qarabağ" "Kəpəz"i qəbul edəcəksə, "Qəbələ" "Səbail" səfərinə yollanacaq.

Çempionlar Liqasında "Çelsi"dən 6 cavabsız qol buraxan Qurban Qurbanovun yetirmələri azarkeşlərini qələbə ilə sevindirməlidi. Ötən turun "Səbail"lə görüşü təxirə salındığından ağdamlılar 22 gündən sonra Premyer Liqa matçına çıxacaq.

Qərblilər isə çempionatın potensial liderini büdrətmək arzusundadı. Xal itirməyən beşqat çempion önünə çıxacaq Şahin Diniyevin yetirmələri sensasiya axtarışında olacaq.

Tura debütantın oyunu ilə yekun vurulacaq. "Səbail" öz meydanında "Qəbələ"ni sınağa çəkəcək. Meydan sahiblərini xal hesabını artırmaqla autsayderlərdən uzaqlaşmaq niyyətindədi.

Roman Qriqorçukun yetirmələri isə ardıcıl iki oyun xal itirdikdən sonra mütləq qələbə qazanmalıdı. Əyalət təmsilçisi bunu bacarmasa, liderlərlə xal fərqi böyüyə bilər. Amma "qırmızı-qaralar"ın zirvəyə yüksəlməyə də nəzəri şansları var. Bunun üçün həm "Zirə", həm "Qarabağ" uduzmalıdı.

Azərbaycan Premyer Liqası

V tur 

17 sentyabr (bazar)

18:30. "Qarabağ" - "Kəpəz"

Hakimlər: Rəvan Həmzəzadə, Elman Musayev, Elşad Abdullayev, Orxan Məmmədov

AFFA nümayəndəsi: Erkin Hüseynov

Hakim-inspektor: Şahin Cəfərov

Tofiq Bəhramov adına Respublika stadionu

21:00. "Səbail" - "Qəbələ"

Hakimlər: Rauf Cabbarov, Mübariz Haşımov, Knyaz Əmiraslanov, Fariz Yusifov

AFFA nümayəndəsi: Ramiz Mustafayev

Hakim-inspektor: Füzuli Nəcəfov

"Dalğa Arena"

Turnir cədvəli 

1

Zirə

5

4

1

0

11-4

13

2

Qarabağ

3

3

0

0

6-2

9

3

Qəbələ

4

2

1

1

5-4

7

4

İnter

5

2

1

2

6-6

7

5

Sumqayıt

5

2

1

2

5-6

7

6

Səbail

3

1

0

2

2-3

3

7

Neftçi

5

0

1

4

2-7

1

8

Kəpəz

4

0

1

3

3-8

1

Bombardir: Mahir Mədətov ("Qarabağ") - 3.

Milli.Az

 

1

Zirə

5

4

1

0

11-4

13

2

Qarabağ

3

3

0

0

6-2

9

3

Qəbələ

4

2

1

1

5-4

7

4

İnter

5

2

1

2

6-6

7

5

Sumqayıt

5

2

1

2

5-6

7

6

Səbail

3

1

0

2

2-3

3

7

Neftçi

5

0

1

4

2-7

1

8

Kəpəz

4

0

1

3

3-8

1

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR