Lütfi Zadə gələn həftə dəfn ediləcək
Digər
17 Sentyabr 2017 13:52

Lütfi Zadə gələn həftə dəfn ediləcək


Sentyabrın 6-da Amerikada dünyasını dəyişən görkəmli azərbaycanlı alim Lütfi Zadənin cənazəsi gələn həftə Bakıya gətiriləcək.

 

Lent.az xəbər verir ki, bu barədə azvision.az-a Lütfi Zadə ailəsinin yaxın dostu, Azərbaycan Texniki Universitetinin professoru Şahnaz Şahbazova məlumat verib.

 

“Cənazə gələn həftə Bakıya göndəriləcək. Hazırda bir az ləngimə var” – deyən Ş.Şahbazovanın sözlərinə görə, Lütfi Zadənin cənazəsi I Fəxri Xiyabanda torpağa tapşırılacaq.

 

Artıq Lütfi Zadənin məzarı qazılıb. Ş.Şahbazova vurğulayıb ki, dəfndən öncə Lütfi Zadə ilə rəsmi şəkildə vida mərasimi keçiriləcək.

 

Qeyd edək ki, Lütfi Zadə 1921-ci il fevralın 4-də Bakıda, Rəhim Ələsgərzadə (1895-1980) və yəhudi əsilli rus uşaq həkimi olan Feyqa (Fanya) Moiseyevna Koremanın (1897-1974) ailəsində dünyaya gəlib.


loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 18 fevral

Astroloji proqnoz - 18 fevral

18 Fevral 2018 00:13
Astroloji proqnoz - 13 fevral

Astroloji proqnoz - 13 fevral

13 Fevral 2018 00:08
Astroloji proqnoz - 15 fevral

Astroloji proqnoz - 15 fevral

15 Fevral 2018 00:08
Astroloji proqnoz - 14 fevral

Astroloji proqnoz - 14 fevral

14 Fevral 2018 00:38
Astroloji proqnoz - 16 fevral

Astroloji proqnoz - 16 fevral

16 Fevral 2018 00:08
Astroloji proqnoz - 27 yanvar

Astroloji proqnoz - 27 yanvar

27 Yanvar 2018 00:08