Saçlardan yeni maye gübrə hazırlanıb
Maraqlı
17 Sentyabr 2017 14:42

Saçlardan yeni maye gübrə hazırlanıb


Baklı. Trend:

Hindistanın Kerala Kənd Təsərrüfatı Universitetinin alimləri insan saçlarından ətraf mühit üçün zərərsiz maye gübrə hazırlayıblar.

Trend-in məlumatına görə, ilkin çöl tədqiqatları zamanı müsbət nəticələr əldə edilib. Xammal qismində yerli bərbərxanalardan əldə edilən saçlar yuyulduqdan sonra qızdırılaraq tünd substansiya vəziyyətinə çatdırılıb. Aparılan analizlər insan saçlarının azot, fosfor, kalium, kalsium, maqnezium və kükürdlə zəngin olduğunu göstərib.

Tədqiqatlar zamanı saçlardan hazırlanmış mayenin sintetik gübrələrlə müqayisədə bitkiləri daha tez inkişaf etdirdiyi məlum olub. Yeni gübrə növü kimyəvi gübrələrdən istifadəni azaldacaq, həmçinin Hindistanın sutəmizləyici sistemlərində ciddi problemlərə səbəb olan insan saçlarının utilizasiyasına imkan yaradacaq.

Yeni gübrənin hazırlanmasında insan saçları ilə yanaşı, heyvandarlıq tullantılarından – lələk, yun və buynuzlardan da istifadə edilməsi nəzərdə tutulub.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 20 fevral

Astroloji proqnoz - 20 fevral

20 Fevral 2018 00:03
Astroloji proqnoz - 21 fevral

Astroloji proqnoz - 21 fevral

21 Fevral 2018 00:18
Astroloji proqnoz - 15 fevral

Astroloji proqnoz - 15 fevral

15 Fevral 2018 00:08
Astroloji proqnoz - 16 fevral

Astroloji proqnoz - 16 fevral

16 Fevral 2018 00:08
Astroloji proqnoz - 18 fevral

Astroloji proqnoz - 18 fevral

18 Fevral 2018 00:13
Neft bahalaşdı

Neft bahalaşdı

15 Fevral 2018 09:18
Astroloji proqnoz - 27 yanvar

Astroloji proqnoz - 27 yanvar

27 Yanvar 2018 00:08