"Zirə"nin legioneri: "Azərbaycan dilində anlayıram"
İdman
17 Sentyabr 2017 14:54

"Zirə"nin legioneri: "Azərbaycan dilində anlayıram"


"Zirə"nin legioneri Jozef Boum II Topaz Premyer Liqasının V turunda "Neftçi"yə səfərdə 2:1 hesabı ilə qalib gəldikləri qarşılaşmadan sonra brifinq keçirib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, kamerunlu müdafiəçi jurnalistlərin suallarını cavablandırıb.

- Oyun necə alındı?

- Bütün oyunlar çətin olur. Ona görə də məşqçilərimiz hər matçdan əvvəl bizə konkret tapşırıqlar verir.

- Rəqibin çətin vəziyyətdə olması qələbənizə nə dərəcədə kömək etdi?

- Düşünmürəm ki, bunun ciddi təsiri oldu. Əksinə, belə vəziyyətdə rəqibin daxilində istək daha böyük olur. Çünki onlar bu vəziyyətdən çıxmaq istəyirlər. Belə halda, onlarla oynamaq çağır olur.

- 2:0-dan sonra dərhal qol buraxdınız. Qələbəni əldən vermə ehtimalıyla bağlı həyəcan var idi?

- İkinci qoldan sonra konsentrasiyanı itirə biləcəyimizdən ehtiyatlandığım üçün komanda yoldaşlarıma xəbərdarlıq edirdim. 2:1-dən sonra əks-hücumlarda fərqi artırma imkanımız oldu.

- Oyundan əvvəl "Neftçi"nin çempionatda "Zirə"ni məğlub edə bilmədiyini demişdilər?

- Açığı, bu haqda məlumatım yox idi, yeni öyrənirəm. Komanda yoldaşım İqbekoyi 50-ci qolunu ötən tur vurdu, onu da yeni öyrənirəm. Birinci dövrədən sonra çox məlumatlı olacam.

- "Qarabağ"ın gücünü bilirsiniz, "Qəbələ"yləsə ötən tur qarşılaşmısınız. Hansı komandaların çempionluq üçün mübarizə aparacağını düşünürsünüz?

- "Neftçi"nin bu qədər problemi olmasına və xallar itirməsinə baxmayaraq, hətta o da çempionluq uğrunda mübarizə apara bilər. Başa düşürəm, "Qarabağ" fərqli oyun göstərir. Ancaq "Qəbələ", "Neftçi", "İnter" və təbii ki, biz bu mübarizəyə qoşula bilərik. Çox çətin çempionatınız var.

- Dörd dövrəli sistemlə keçirilən çempionatda oynamısınız, yoxsa ilk dəfə iştirak edirsiniz?

- Əslində, bu, maraqlı və çətin bir yarışdı. Çünki hər kəs bir-birini yaxşı tanıyır və bir mövsüm ərzində 4 dəfə qarşılaşırsan. Amma 18 komandalı çempionatda komandalar bir-biriylə cəmi 2 dəfə qarşılaşır. Hər iki sistem çox fərqlidir.

- Türk dilini bilirsiniz, bəs Azərbaycan dilini öyrənmək istəmirsiz?

- Hər iki dil bir-birinə çox bənzəyir. Sadəcə, Azərbaycan dilində rus dilindən alınma sözlər çoxdur. Amma belədə Azərbaycan dilində danışılanda anlayıram. Hansısa ölkəyə gedirsənsə, dili öyrənməyin lazımdır.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR