İldə bir dəfə, o da 15 dəqiqə...
Dünya
17 Sentyabr 2017 15:23

İldə bir dəfə, o da 15 dəqiqə...


Afrikanın Bandiaga bölgəsində hər il isti hava şəraitindən sular çəkiləndən sonra xüsusi tədbir keçirilir.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, yerli afrikalılar çəkilən suların dibində qalan balıqların ovlanması üçün xüsusi gün təşkil edirlər. İldə bir dəfə təşkil olunan həmin günə qədər mərasimin təşkil olunduğu göldən ov ovlamaq qadağan edilir.

Həmin gün çatanda yerlilər balıq tutmaq üçün bu gölə gəlirlər. Yazılmamış qanunlara görə, silah səsi gələndən sonra hər kəs gölə hücum edir və balıq tutmağa çalışır.

Sadəcə, 15 dəqiqə ərzində göldəki bütün balıqlar tutulduğundan, mərasim qısa zamanda başa çatır. Bəziləri balıqları elə çiy-çiy də yeyir.

İldə bir dəfə keçirilən bu tədbir müqəddəs hesab edilir.



loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR