Daha qocalan deyilik
Digər
17 Sentyabr 2017 15:38

Daha qocalan deyilik


ABŞ və İsveç alimləri şəkərli diabetə qarşı dərman hazırlayarkən "qocalmanı gecikdirən dərman hazırlayıblar. ABŞ-ın Qida və Dərman Adminstrasiyası tərəfindən bu dərmanın insanların üzərində tətbiq edilməsinə icazə verilib.

Publika.az xəbər verir ki, dərmanın tərkibi qocalmanı gecikdirən metformin maddəsindən ibarətdir. Bu maddə hüceyrələrin daha çox oksigen qəbul etməsinə şərait yaradır. Hüceyrələr uzun müddət "gənc" qalır. Heyvanlar üzərində sınaqdan keçirilən bu maddənin ömrü 40% uzatdığı bildirilib. Əgər maddənin tətbiqi uğurlu alınsa insanlar 70 yaşında 50 yaşındakı kimi görünəcək.110, hətta 120 il yaşamaq mümkün olacaq.

Insanların üzərində aparılan sınaqların tamamlanması və dərmanın istifadəyə verilməsi üçün ən azı 5 il gözləmək lazımdır.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR