Müğənnilər bu yay harada, necə dincəliblər? - SORĞU
Şou-Biznes
17 Sentyabr 2017 15:44

Müğənnilər bu yay harada, necə dincəliblər? - SORĞU


Artıq yay mövsümü başa çatıb. "Lider maqazin" müğənnilər arasında sorğu apararaq, onların bu il harada dincəldiklərini soruşub. 

Milli.Az axşam.az-a istinadən müğənnilərin cavablarını təqdim edir:

Nadir Qafarzadə deyib ki, bu il Azərbaycanda istirahət edib:

"Dünyanın hər yerində olmuşam. Getmədiyim yerlərə isə viza almalıydım. Ona da vaxt sərf etmədim. İnsan yaşa dolduqca düşünür ki, pulu xaricdə xərcləməkdənsə, vətəndə dincəlsin. Xeyri öz ölkəmizə verək".

Sevda Yahyayeva iki ildir dincəlmədiyinin əvəzini bu yay çıxdığını bildirib:

"Bu il dincəlməyi bacardım. Gözəl yerlərdə oldum".

Namiq Qaraçuxurlu hələ də istirahətin onun üçün davam etdiyini söyləyib:

"Bakıda istirahət etdim. Hələ də dincəlirəm. Bilmədim yay hardan gəldi, hardan bitdi".

Ayaz Qasımov isə bu yay çox gəzdiyini deyib:

"Eyni zamanda işlərimlə bağlı da hazırlıqlar edirdim. Amma çox yerdə gəzdim".

Lalə Məmmədova isə heç dincəlmədiyini bildirib. 

Faiq Ağayev isə "Heç dincəlmədim. Dənizdə olmadım, parkda gəzmədim. Faciəli haldır" deyib. 

Murad Arif isə yayda ancaq mahnı yazdığını deyib. O bildirib ki, Stokholmda və Qubada dincəldiyini bildirib. 

Nazpəri Dostəliyeva xaricə getmədiyini, bölgələrdə bir çox ailənin qonağı olduğunu deyib.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR