Fəxrəddin Manafov yenidən səhnədə - FOTO
Digər
17 Sentyabr 2017 15:54

Fəxrəddin Manafov yenidən səhnədə - FOTO


S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı yeni mövsümü fransız dramaturqu Ejen İoneskonun "Kral ölür" pyesi əsasında hazırlanmış "Mərasim" tamaşası ilə açıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bakılı tamaşaçıların diqqətinə teatr mühitimiz üçün qeyri-adi tamaşa - absurd teatrı təqdim edilib.

Kral iki saatdan sonra ölməlidir. Krallıqda ağlasığmaz hadisələr baş verir: divarlar uçur, hakimiyyətin sərhədləri məhdudlaşır, saray əhli başını itirir, krallığı qoruyanlar qəfil xəstəlikdən ölürlər, ilin fəsilləri nizamsız qaydada bir-birini əvəz edir. Bununla belə əsas personaj (Kral) hər vəchlə müqavimət göstərir, sona qədər vəziyyəti dəyişmək və ölümdən qaçmaq istəyir.

"Mərasim" tamaşasının quruluşçu rejissoru Ərşad Ələkbərov (Sankt-Peterburq), quruluşçu rəssamı əməkdar mədəniyyət işçisi Olqa Abbasova, işıq üzrə rəssamı Nikolay Rudıçevdir.

Tamaşada xalq artisti Fəxrəddin Manafov, əməkdar artist Mehriban Zəki, aktyorlar Oleq Əmirbəyov, Həcər Ağayeva, Mariya Dubovitskaya, Natiq Hüseynov, kütləvi səhnələrdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri iştirak ediblər.

Milli.Az








loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR