Falkao vergidən yayındığını etiraf etdi
İdman
17 Sentyabr 2017 16:44

Falkao vergidən yayındığını etiraf etdi


"Monako"nun hücumçusu Radamel Falkao İspaniya La Liqasında çıxış etdiyi vaxt vergidən yayındığını etiraf edib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, kolumbiyalı forvard bununla məhkəmə qarşısına çıxmaqdan yaxa qurtarıb. O, 6.9 milyon avro cərimə ödəməyə razılaşıb. Falkao 2012-14-cü illərdə imic haqlarından əldə etdiyi 5.6 milyon avronu vergi bəyannaməsində göstərməyib. İyulda futbolçu İspaniyanın vergi orqanlarına 8.2 milyon avro ödəmişdi. Onun cəriməsi çıxıldıqdan sonra 1.3 milyon avro pulu geri veriləcək. Falkao 2011-13-cü illərdə "Atletico Madrid"in şərəfini qoruyub.

İspaniyada vergi ilə bağlı problem yaşayan futbolçular arasında Lionel Messi, Kriştianu Ronaldu və Anhel Di Maria da var.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR