Ukraynada müştəri kassirin onunla rus dilində danışmasına görə polis çağırıb
Dünya
17 Sentyabr 2017 17:31

Ukraynada müştəri kassirin onunla rus dilində danışmasına görə polis çağırıb


Bakı. 17 sentyabr. REPORT.AZ/ Ukrayna hipermarketlərindən birində müştəri ilə kassir arasında rus dilində danışmaq üstündə insident baş verib.
"Report" xəbər verir ki, bu barədə alıcı sosial şəbəkələrdə məlumat verib.
Hipermarketin kassiri Ukrayna dilində danışan müştəriyə onu başa düşmədiyini bildirib və alıcı ilə rus dilində danışmağa başlayıb.
Kişi müştəri qadın kassirin Ukrayna qanunlarını pozduğunu hesab edib.
"O utanmadan deyir ki, "mən Ukrayna dilini başa düşmürəm. Ümumiyyətlə mən rusam". Mən inzibatçını çağırmağı və şikayət kitabçasını tələb etdim", - deyə o bildirib.
Alıcıya şikayət kitabçası verilməyib, bundan sonra o, polis çağırmaq qərarına gəlib.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR