Azərbaycanda yeni telekanal açılacaq
Ölkə
17 Sentyabr 2017 17:42

Azərbaycanda yeni telekanal açılacaq


Azərbaycanda gənclər kanalı açılacaq.

Metbuat.az bildirir ki, bu barədə Prezident İlham Əliyevin imzaladığı sərəncamla təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı”nda qeyd edilib. 

Proqramda internet televiziyası məkanında gənclər kanalının yaradılması Gənclər və İdman, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinə tapşırılıb. 

Proqramda həmçinin gənclik auditoriyası üçün maraq kəsb edən və müasir dövrün tələblərinə cavab verən yeni televiziya və radio layihələrinin, bununla yanaşı gənclərin elm, texnika və innovasiyalar sahəsinə marağını artırmaq məqsədi ilə televiziya proqramlarının hazırlanması da aidiyyəti qurumlara tapşırılıb.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR