Türkiyədən növbəti Kürdüstan açıqlaması
Dünya
17 Sentyabr 2017 17:44

Türkiyədən növbəti Kürdüstan açıqlaması


İraq Kürd Muxtariyyətində təşkil ediləcək referendum Türkiyə üçün milli təhlükəsizlik məsələsidir.

Virtualaz.org TASS-a istinadən bildirir ki, bunu Türkiyənin baş naziri Binəli Yıldırım deyib.

"Bu məsələ ilə bağlı istənilən addımları atacağıq və buna heç kimin şübhəsi olmasın", - baş nazir bildirib.

Qeyd edək ki, prezident Rəcəb Tayyib Ərdoğan dünən A Haber telekanalına verdiyi müsahibəsində 22 sentyabrda Türkiyənin plebisitə cavab olaraq hazırladığı tədbirləri elan edəcəklərini bildirmişdi.

Onu da xatırladaq ki, İraqdakı kürd muxtariyyətinin rəhbərliyi sentyabrın 25-də müstəqillik üzrə referendum keçirməyə hazırlaşır. Rəsmi Bağdad və qonşu ölkələr buna kəskin etirazlarını bildirsələr də, muxtariyyətinin rəhbərliyi referendumun mütləq keçiriləcəyini bəyan edib.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR