100 milyonluq oyunçu sıradan çıxdı: 3-4 ay oynamaya bilər
Digər
17 Sentyabr 2017 19:05

100 milyonluq oyunçu sıradan çıxdı: 3-4 ay oynamaya bilər


“Barselona”nın yeni transferi Usman Dembele zədələnib. Apasport.az saytının “Mundo Deportivo”ya istinadən məlumatına görə, 20 yaşlı oyunçu La Liqanın ötən gün baş tutan “Xetafe” ilə oyununda sıradan çıxıb.

 

Matça start heyətində başlayan Dembele 29-cu dəqiqədə ağrılar səbəbindən Delofeu ilə əvəzlənmişdi. Onun dizaltı vətərlərində problem yaranıb.

 

Bu səbəbdən gənc oyunçunun ən yaxşı halda 3-4 ay oynaya bilməyəcəyi gözlənilir.

 

Qeyd edək ki, bu yay “Borussiya”dan “Barselona”ya keçən fransız oyunçunun transferi üçün 105 milyon avro ödənmişdi.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR