Evlənmək üçün istixarə etmək lazım deyil?
Ölkə
17 Sentyabr 2017 19:24

Evlənmək üçün istixarə etmək lazım deyil?


Bəzi ruhanilər deyirlər ki, evlənmək üçün istixarə etmək lazım deyil. Bunun səbəbi nədir?

İstixarə insanın çaşqınllıq anında Allahdan çıxış yolu istəməsidir. Bir işin sonunun yaxşı ya pis olacağını heç cür təxmin etmək mümkün olmayanda istixarə etməyə icazə verilir.

Milli.Az islam.az-a istinadən bildirir ki, amma evlilik zamanı yeganə yol kimi istixarəni seçmək bəyənilmir. Çünki bir işin nəticəsini əlamətlərə və təcrübəyə görə qabaqcadan təxmin etmək mümkündürsə, istixarənin yeri yoxdur. Evlilik o qədər məsuliyyətli bir addımdır ki, insan bu addımı atmazdan qabaq ciddi şəkildə düşünməlidir. Evlilikdən qabaq insan qarşı tərəfin xasiyyətini, əxlaqını, imanını, əsil-nəcabətini öyrənməli, xarici görünüşü barədə təsəvvür əldə etməli, onu tanıyanlardan soraqlaşmalıdır. Adətən bu yollarla qənaətbəxş cavab əldə etmək mümkündür. Bu deyilənləri etmədən və ya qarşı tərəf haqqında əldə etdiyi məlumatları gözardına vuraraq istixarə etmək ağıllı insana yaraşan hərəkət deyil. Bu səbəbdən bəzi məşhur alimlərə evlilik məsələsində istixarə etmək təklif olunanda onlar imtina edirdilər.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR