Spirt haqqında doğru bilinən səhvlər
Digər
17 Sentyabr 2017 19:43

Spirt haqqında doğru bilinən səhvlər


Xalq arasında spirtli içkilərin istifadəsi ilə əlaqədar bir çox yalnış məlumat və təsəvvürlər var.

Publika.az xəbər verir ki, Türkiyənin "Yeşilay" jurnalı spirtli içkilərlə əlaqədar doğru bilinən səhvləri araşdırıb.

Yuxuya getməyimizə köməkçi olarmı?

Spirt yuxu keyfiyyətini aşağı salır. Tez-tez oyanmanıza və REM (Sürətli göz hərəkətləri) mərhələsində daha az yatmağınıza səbəb olur.

Bədəni isidir?

Spirtli içki içdiyinizdə bədən istiliyi düşər. İstilik hissi qanın səthə doğru axışının dərini və dəridəki sinir uclarını isidərək beynə istilik qəbulunu çatdırmasından qaynaqlanır. Bu təsir çox qısa sürür.

Pivə asılılıq yaradır?

Pivə də digər içkilər kimi asılılıq yaradır. Ancaq içkilərdəki spirt nisbəti növünə görə fərqlənir. Bir stəkan pivədəki spirt, bir qədəh rakıya və şəraba bərabərdir.

Spirtli içki qan damarlarını açır?

Spirtli içkilərin ürək və damar xəstəliklərinə faydalı olduğunu irəli sürən iddialar səhvdir. Spirt, toksik bir maddədir. İstifadəsində etibarlı bir alt sərhəd yoxdur. İstehlakı artdıqca damar sərtliyi və damar daralmasına gətirib çıxarar.

Səsi açırmı?

Spirt bədəndəki su miqdarını azaldır, susuz buraxır. Bu vəziyyət danışığa və mahnı oxumağa mənfi təsir edir. Ac qarına spirt qəbul etmək qan şəkərini aşağı salır. Səhnə performansında qorunması lazım olan enerji də qan şəkəri ilə birlikdə azalır.

Qan yaradıcı xüsusiyyəti varmı?

Spirtin heç bir qida dəyəri yoxdur. Qanyaradıcı xüsusiyyətə də malik deyil. Yaralanma hallarında qanın laxtalanmasını önləyərək ciddi qan itkisinə səbəb olur.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR