Dar ağacından asılan aşiq
Ölkə
17 Sentyabr 2017 20:04

Dar ağacından asılan aşiq


Həzrət Peyğəmbər (s) Meysəm Təmmar haqqında əvvəlcədən xəbər vermişdi və bu xəbəri İmam Əliyə (ə) vermişdi. İmam (ə) da əvvəlcədən bu hikmət və sirr qığılcımını gözləyirdi.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, onun hikməti çox idi. Bu çoxluq onda təzahür tapır ki, Allah Rəsulu (s) və Vəlisi onunla tanış idi. O, ürfan səhrasına qədəm basan zaman eşq səsi qulaqlarda cingildədi.
Sanki Bəni Əsəd qadınının dünənki nökəridir.
Sanki bu həmin dünənki gündür ki, Əmirəl-möminin (ə) ona salam vermiş və İslama gəlməsini təbrik etmişdi. Sanki bu həmin dünənki gün və həmin xurma ağacıdır ki, İmam Əli (ə) altında dayanmış və onun intizarda olan gözlərinə baxmışdı. Sonra yüksək səslə buyurdu: "Meysəm! Səni məndən sonra tutacaq və dar ağacından asacaqlar. Üçüncü gün ağzından və burnundan qan axacaqdır. Saqqalın qana boyanacaqdır". İmam Əli (ə) Meysəmin gözlərinin dərinliyinə nüfuz etdi və hansı imanla qarşı-qarşıya olduğunu eşitmək istədi.
- Canım sənə fəda olsun, ya Əli!
İmam (ə) davam etdi:
- Meysəm! Sən axirətdə mənimlə olacaqsan.
Elə bu vədə ona kifayət edirdi ki, bu ağaca bu qədər aram və rahat yaxınlaşa bilsin. İllər boyu bu ağacın altında İmamın (ə) vədini xatırlayaraq, namaz qıldı, ağladı. Bu ağac dəfələrlə onunla xəlvətdə qalmışdı.
Kor və pəncəsiz qəlblər ədalət günəşinə tab gətirə bilmirlər. Onlar arzu edirlər ki, ədalət hasar arxasında qalsın. Bəli, zülm budur.
İndi 60-cı Hicri ilidir. İmam Hüseynin (ə) Kərbəlaya daxil olmasına az müddət qalmışdı. Übeydullah ibni Ziyad Meysəm Təmmara qəzəblənmişdi. Bəli! Meysəm dar ağacının kəndirini boynunda hiss edəcəkdi.
Qəlbi korlar bu dənizi necə tanıya bilərdi ki? İmam Əli (ə) kimi bir okeanı dərk etməmişdilər, Meysəmi necə dərk edəcəkdilər ki?
Meysəm şəhadət anını gözləyirdi, o asılacağı xurma ağacına öz əlləri ilə dəfələrlə su vermişdi. Onu gətirdilər və Meysəmin arzu ağacı olan bu xurma ağacına bağladılar. Ağzını bağlamışdılar, qan saqqalına axırdı. Ancaq o, sakit durmurdu və elə hey danışırdı. Lakin heç kim onu dərk etmirdi. Kufə əhalisi haqqı eşitməyə adət etməmişdi. Bu günəşi necə susdurmaq olardı ki, dilindən ancaq Əlinin (ə) sözləri tökülürdü?!
Nəhayət onu dara asdılar və Meysəmin əli axırıncı dəfə göyə qalxıb, yerə endi. Xurma ağacı onu ağuşuna aldı. O, ağacdan asılan bayrağı xatırladırdı. Bu, İmam Hüseynin (ə) Kərbəlaya daxil olmasından 7-8 gün öncə idi...
Rəhmətlik İmam (r) onu haqqında belə buyurur: "Meysəm Təmmar İslamın danışan dili idi. O qədər dedi, dedi ki, Müaviyənin cəlladları dilini kəsdilər".
Şeyx Abbas Qumi yazır: "Meysəm, İmam Əlinin (ə) seçilmiş səhabələrindən idi, Həzrət (ə) ona qeybdən xəbər vermişdi. O, öz dövrünün zahidlərindən idi, zahidliyi və ibadətinə görə bədəninin dərisi qurumuşdu".
Eşq olsun sənə ey Əlinin (ə) sirdaşı!
Eşq olsun sənə ruhunu imamət yolunda tapşıran zat!
Eşq olsun sənə ey Meysəm, şəfaətin bizə də şamil olsun!

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR