Londonda havaya kimyəvi maddə yayıldı
Dünya
17 Sentyabr 2017 20:14

Londonda havaya kimyəvi maddə yayıldı


Böyük Britaniyanın paytaxtı Londonun cənubunda bir neçə nəfər havaya yayılmış kimyəvi maddədən zəhərlənib.

Milli.Az Trend-ə istinadən bildirir ki, zəhərlənələr xəstəxanaya yerləşdirilib. Hadisə yerində hazırda fövqəladə xidmət əməkdaşları araşdırma aparırlar.

Məlumata əsasən, polislər hadisə rayonda hərəkəti dayandırıblar. Yaxınlıqdakı evlərin evakuasiyası mümkündür.

Polislər kimyəvi maddənin havaya yayılmasının terrorla mümkün əlaqəsini araşdırırlar.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR