637-güclü McLaren 570GT - FOTO
Maraqlı
17 Sentyabr 2017 20:14

637-güclü McLaren 570GT - FOTO


Tüninq atelyesi Novitec sportkar McLaren 570GT-nin xüsusi versiyasını təqdim edib. Avtomobil 3,8-litrlik təkmilləşdirilmiş benzin V8 mühərriki alıb. Bu barədə Motor1 xəbər verib. Mühərrik 637 a.g.-ə malikdir. Standart versiyada bu rəqəm 562-dir.

Milli.Az auto.az-a istinadən bildirir ki, sportkar yeni mühərriki sayəsində 100 km/saata 3,0 saniyəyə sürətlənir. Maksimal sürət isə 335 km/saatdır. Yenilik, həmçinin təkmilləşdirilmiş amortizatorlar, spoyler, yeni hava çıxıntıları alıb. Şirkətdən bildirirlər ki, dəyişikliklər sayəsində onlar aerodinamik səmərəliliyi artıra biliblər. Avtomobilin qabaq diskləri 20-, arxa diskləri isə 21-düymdür.

Sportkar McLaren 570GT-nin rəsmi təqdimatı ötən il Cenevrə avtosalonunda keçirilib. O, 570S və 540 °C-nin də daxil olduğu Sport Series sırasına məxsusdur. Modelin qiyməti 214 270 dollardan başlayır.

Milli.Az









loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR