Mingəçevirdə sərnişin avtobusunda tüstülənmə baş verib: xəsarət alan var
Ölkə
17 Sentyabr 2017 21:11

Mingəçevirdə sərnişin avtobusunda tüstülənmə baş verib: xəsarət alan var


Mingəçevir. 17 Sentyabr. REPORT.AZ/ Mingəçevirdə özünü avtobusdan atan sərnişin xəsarət alıb.
"Report"un Şirvan bürosu xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində baş verib.
Belə ki, Avtovağzal istiqamətində hərəkətdə olan 8 saylı sərnişin avtobusunun mühərrik hissəsində tüstülənmə baş verib. Bu zaman sərnişinlərdən biri - 1969-cu il təvəllüdlü şəhər sakini Qəhrəmanova Əzizə Ziyad qızı vahiməyə düşərək özünü avtobusun qapısından yerə atıb. Nəticədə o, ağır xəsarət alıb.
Yaralı xəstəxanaya çatdırılıb.
Digər sərnişinlər arasında xəsarət alan yoxdur.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR