Bu sandığın 1 əsrdən artıq yaşı var - VİDEO
Ölkə
17 Sentyabr 2017 21:34

Bu sandığın 1 əsrdən artıq yaşı var - VİDEO


Goranboy sakini 85 yaşlı nənə ona nənəsindən hədiyyə qalan sandığı hələ də saxlayır. O, özünün paltarlarını və digər əşyalarını qədim sandığına yığır.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, 1 əsrdən artıq yaşı olan sandıq hələ də istifadədədir. Üzərindəki naxışlar və rəng çalarları belə itməyib.
Goranboyun Qızılhacılı qəsəbəsində yaşayan 85 yaşlı Sitarə Göyüşova nənəsindən yadigar qalan sandığı hələ də saxlayır. Dəmir və taxtadan hazırlanan əşya müasir dövrdə də gəlinlərin ən qiymətli cehizi hesab olunur. Amma qəsəbə sakini müasir sandıqların o qədər də keyfiyyətli olmadığını bildirir. Sitarə Göyüşova nənəsinin yadigarının etibarlı saxlanc yeri olduğunu deyir.
Yaşlı qadın sandıqlarını heç kimə etibar etmədiyindən elə öz otağında saxlayır. Sitarə nənənin nəvələri tez-tez sandıqla maraqlanaraq. onun içərisində hansı əşyaların olduğunu soruşurlar.
85 yaşlı qadın qədim sandıqda maraqlı görünüşü olan sırğaları da qoruyub saxlayıb. Həmin qızıl əşyaları isə illər sonra sevimli nəvəsinə hədiyyə edib.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR