Nübar meyvələr bazara çıxıb - od qiymətinə - VİDEO
İqtisadiyyat
17 Sentyabr 2017 21:34

Nübar meyvələr bazara çıxıb - od qiymətinə - VİDEO


Bu günlərin nübar məhsulları sayılan xurma, nar, qoz və fındıq artıq bazarlarda piştaxtaları bəzəməyə başlayıb. Ancaq qiymətləri xeyli bahadır. Ona görə də alıcı sarıdan korluq yaşanır.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, bazarlarda mövsümi meyvələr satışa çıxarılıb. Novbar olduqlarından qiymətləri cib yandırır.
Bazarda bu meyvələr piştaxtalarda çoxluq təşkil etsə də, alıcı azlığı müşahidə olunur. Satıcıların sözlərinə görə, mövsümi meyvələr bir həftə olar ki bazara çıxarılıb.
Bazara qoz əsasən Naxçıvandan gətirilir. Qiyməti isə 5-15 manat arsında dəyişir. Fındığa gəldikdə isə, qiyməti 4-6 manat arasında dəyişir.
Yeni gətirilən badamın qiyməti isə 5-10 manata satılır. Piştaxtalara xurma da çıxarılıb. Alıcılar isə qiymətlərin yüksək olmasından narazıdırlar.
Bu meyvələr novbar olduğundan yaxın günlərdə onların qiymətinin düşəcəyi gözlənilir.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR