"Çox şadam ki, Gəncədə keçirilən ilk marafonda birinci oldum" - Volentina Poltavska
İdman
17 Sentyabr 2017 21:53

"Çox şadam ki, Gəncədə keçirilən ilk marafonda birinci oldum" - Volentina Poltavska


Çox şadam ki, Gəncə şəhərində ilk dəfə keçirilən marafonda birinci oldum.

Publika.az AZƏRTAC-a istinadən bildirir ki, bunu Heydər Əliyev Fondunun təşəbbüsü ilə "İradənlə tarix yaz", "Marafonda bizimlə ol" şüarı altında keçirilən "Gəncə Marafonu-2017"də qadınlar arasında finiş xəttinə birinci çatan iştirakçı Ukrayna vətəndaşı Volentina Poltavska deyib.

V. Poltavıska jurnalistlərə müsahibəsində bildirib: "Gəncə Marafonu 2017"dən əvvəl bir neçə yarışda iştirak etmişəm. Lakin, Gəncədə qalib gəlməyim məni hədsiz sevindirdi. Ətrafdakı insanların alqışları məni daha da ruhlandırdı. Marşrut mürəkkəb olsa da ətrafda gördüyüm hər şey məni finişə birinci çatmağa səsləyirdi.

"Marafon çox gözəl keçdi. Yarışın təşkilatçılığı yüksək səviyyədə idi. Gələcədə yenə də marafon təşkil edilərsə, məmnuniyyətlə gəlib iştirak edəcəyəm"-deyə Volentina Poltavıska qeyd edi

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR