Mingəçevirdə 2 yaşlı körpə beşinci mərtəbədən yıxılıb
Ölkə
17 Sentyabr 2017 22:06

Mingəçevirdə 2 yaşlı körpə beşinci mərtəbədən yıxılıb


Mingəçevir. 17 sentyabr. REPORT.AZ/ Mingəçevirdə 2 yaşlı körpə doqquz mərtəbəli binanın beşinci mərtəbəsindən yıxılıb.
"Report"un Şirvan bürosunun məlumatına görə, hadisə şəhərin məcburi köçkün şəhərciyində baş verib.
Belə ki, ailəsi ilə birlikdə Bakıdan Mingəçevirə qonaq gəlmiş 2015-ci il təvəllüdlü Bakı sakini Balayev Kənan Emin oğlu beşinci mərtəbədən yıxılıb. Xəsarət almış körpəyə tibbi yardım göstərilib. 
Onun həyatı üçün təhlükə olmadığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR