Gürcüstanda etiraz aksiyaları başlayıb
Dünya
17 Sentyabr 2017 22:18

Gürcüstanda etiraz aksiyaları başlayıb


Gürcüstanda yenidən etiraz aksiyaları başlayıb.

Ölkənin müxalif Vətənpərvərlər Alyansı Partiyası Tbilisidə "Qızılgül inqilabı" meydanında kütləvi etiraz aksiyası keçirib.

Aksiya iştirakçıları konstitusiya islahatlarının həyata keçirilməsi, Rusiya ilə dialoqun başlanması və sosial problemlərin həll olunmasını tələb ediblər.

Bəzi etirazçılar aclıq aksiyasına başlayıb. Partiyanın liderlərindən biri, parlamentin vitse-spikeri və Tbilisi meri vəzifəsinə namizəd İrma İnaşvili analoji etiraz aksiyalarının davamlı olacağını bildirib. İ.İnaşvili partiyanın Gürcüstanın Rusiya ilə yeni münasibətlərə başlamasının da tərəfdarı olduğunu deyib: "Bunun üçün Rusiya ilə dialoq lazımdır. Dialoqa alternativ yoxdur".

Aksiya Azadlıq meydanına qədər "Yaşasın Gürcüstan" şüarı ilə yürüşlə davam etdirilib. Partiya Tbilisi ilə yanaşı etiraz aksiyalarını Batumidə də keçirəcək. (APA)

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR