Türkiyədə 80 milyon dolları dələduzluqla ələ keçirən vəkil Azərbayana qaçdı
Dünya
17 Sentyabr 2017 22:54

Türkiyədə 80 milyon dolları dələduzluqla ələ keçirən vəkil Azərbayana qaçdı


Türkiyədə dələduzluq yolu ilə 150-dən çox adamı aldadan və onların 250 milyon TL-ni (təxminən 80 milyon dollar) dələduzluq yolu ilə ələ keçirən vəkilin Azərbaycana qaçdığı bildirilir.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, bu haqda "Sabah" qəzeti yazıb.

Konya Barosunun (Vəkillər Kollegiyasının) üzvü olan, lakin törətdiyi dələduzluq əməllərinə görə kollegiyadan xaric edilən Burak Yankınla yanaşı nişanlısı və iki qardaşı da bu dələduzluq işində fiqurantdır. İş üzrə cəmi 9 nəfərin adı keçir. Yankın və digərlərinin barəsində 28 il həbs cəzası tələb edilir. İşə İstanbul məhkəməsi baxır.

Zərərçəkənlərdən İlkay Y. məhkəməyə ifadəsində deyib ki, Burak Yankın üzərinə həbs qoyulmuş avtomobilləri hərracdan ucuz qiymətə alaraq özünə cüzi gəlir götürməklə ona satacağı ilə aldadıb. Digər zərərçəkən Veysi Z. vəkilin avtomobil kirayəsi ilə məşğul olan şirkətlərdən avtomobilləri götürüb onlara verdiyini deyib. Mehmet. A. adlı zərərçən isə deyib ki, dost-tanışdan borc topladığı 5.5 milyon TL-ni dələduza qapdırıb. "Həyatım məhv oldu, borclulardan aldığım təhdidin sayı-hesabı yoxdur. Uşaqlarımla təhdid edilirəm"-o deyib.

Lüks arabalar düşkünü kimi tanınan Yankının Azərbaycana qaçdığı təxmin edilir. Onun barəsində fərqli məhkəmələrdə cəmi 62 iddia qaldırılıb.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR